Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 12:47

Şekspirin də təbliğ olunmağa ehtiyacı var


-

Rose Bruford kollecinin müəllimləri azərbaycanlı aktyorlar üçün ustad dərsləri keçirirlər

Ustad dərslərinin Azərbaycanın müstəqil ADO teatrı və Britaniya Konsulluğu təşkil ediblər. Dərslərdə aktyorlarla yanaşı, İncəsənət Universitetinin tələbələri də iştirak edirlər.

Ustad dərsləri Britaniyanın Rose Bruford kollecinin əməkdaşları Niam Dauling və İrina Braunun rəhbərliyi altında keçirilir. Bu dərslər fəaliyyətdə olan teatr mütəxəssisləri, rejissor və aktyor ixtisası tələbələri üçün nəzərdə tutulub.

Britaniya Konsulluğundan bildirilib ki, improvizə teatrı Şekspirin əsərlərində əsas mövzulardan olan qısqanclıq, ağılsızlıq və hakimiyyət kimi motivləri önə çəkir və yaradıcı bir mühitdə nümayiş etdirir. Qrup Şekspirin pyeslərindəki monoloqlardan istifadə edir.

Bundan başqa, qonaq rejissorlar ADO teatrının 12 mart saat 19:00-da nümayiş olunacaq STOP tamaşasını da izləyəcəklər.

Qeyd olunan layihə dahi şair və dramaturq Şekspirin vəfatının 450 illiyi iləəlaqədar olaraq həyata keçirilən qlobal tədbirlər proqramı –“Shakespeare Lives” (Şekspir yaşayır) festivalı çərçivəsində həyata keçirilir.

XS
SM
MD
LG