Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 09:09

M.Bulqakov. Bu, həyat deyil, əsl həyat başqa şeydir


İllüstrasiya
İllüstrasiya

-

"İt ürəyi" əsərindən seçmələr

Mikhail Bulgakov
Mikhail Bulgakov

"İnsan tələsməsə, hər şey üçün vaxt tapar" - ev yiyəsi amiranə tərzdə dedi.

"Oxumağı öyrənmək üçün niyə narahat olasan, bir halda ki, ət iyini bir kilometrdən duya bilirsən."

"Ən pisi o idi ki, ürəyi artıq it ürəyi deyildi... İnsan ürəyi idi! Adi bir insan ürəyi."

"Heç vaxt dalaşma, dalaşmaq olmaz, - Filip Filipoviç narahat oldu, - qulağında sırğa et! İnsana da, heyvana da ancaq xoşluqla təsir etmək olar! Döyməklə əlin heç yana çatmaz. Onlar terrordan kömək ummaqla səhv edirlər."

"Deyirsən, o, danışırdı? Bu, hələ insan olmaq demək deyil."

"Yemək, İvan Arnoldoviç, incə məsələdi. Yeməyi bacarmaq lazımdı, təsəvvür edin, adamların çoxu yemək yeməyi bacarmır."

"Həm tramvay relslərini təmizləyəsən bütün günü, həm də İspaniyadakı yoxsulların gələcəyi üçün baş sındırasan, hə?"

"İnsanların inkişafında rol oynayan şey - insanların özləridir."

"Yaman çətindir itlərin eşqini öldürmək."

"İndi, küçədə gedəndə, itlərə gizli dəhşətlə baxıram. Kim bilir, onların başlarında nələr gizlənib?"

"Sizdə hər şüy avtomatik, planlıdır: salfet bura, qalstuk ora... Yox bir! Çox sağ olun, istəməz! Bu, həyat deyil. Əsl həyat başqa şeydir. Bütün bu şeylər əziyyət çəkmək üçün yaradılıb."

"Niyə biz öz qaloşlarımızı açar-qıfıl altda saxlamalıyıq, hə? Onlar oğurlanmasın deyə üstlərinə hələ bir gözətçi əsgər qoymaıyıq? Niyə giriş pilləkənindəki xalı götürülüb? Marks insanlara pilləkənlərinə xalı sərməyi qadağanmı edib? Karl Marks haradasa deyibmi ki, Preçistenka Küçəsindəki 2 nömrəli Kalabuxov Mülkünün qabağı bağlı saxlanmalıdır ki, adamlar fırlanıb arxa qapıdan girsinlər? Bu əziyyət kimə gərəkdir? Axı niyə zəhmətkeş kasıblar pilləkənlə qalxmazdan əvvəl öz qaloşlarını çıxarıb aşağıda qoymurlar, əvəzində pilləkənləri öz palçıqlı qaloşlarıyla çirkləndirirlər?"

"Amma proletarlarda qaloş olmur, Filip Filipoviç" - qapı çırpıldı.

XS
SM
MD
LG