Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 19:02

Müsəlmanları məscid tikməyə qoymadılar


İllüstrasiya. ABŞ-da bir məscid
İllüstrasiya. ABŞ-da bir məscid

►Nyu Cersidə müsəlmanların yeni məscid tikmək barədə müraciəti rədd edilib

ABŞ-ın Nyu Cersi ştatının zəngin Basking Ridge şəhərinin keçmiş meri Mohammad Ali Chaudry-nin başçılıq etdiyi İslam Cəmiyyəti dörd akrlıq (1,62 hektar) torpaq sahəsi alaraq bu ərazidə məscid tikmək qərarına gəlib.

Cəmiyyətin mühəndisləri və memarları iddia edirlər ki, binanın layihəsi ağla gələn bütün tələblərə cavab verir.

Üstəlik Cəmiyyət başqa bir qrupun qonşu şəhərdə məscid tikmək istəməsi ətrafında yaranmış söz-söhbətdən nəticə çıxararaq layihənin çox da gözə girməməsinə səy göstərib. Belə ki, məscidin günbəzi olmayacaq, minarələri isə yaxınlıqdakı evlərin damı şəklində olacaq. Üstəlik onlar şəhərdəki kilsələrin qüllələrindən alçaq olacaq.

Binanın ümumi sahəsi 395 kvadrat metr olacaq. Bura 150 nəfərin toplaşa biləcəyi 148 kvadrat metrlik ibadət zalı da daxildir. (Ardı aşağıda)

Şəmkirdə məscidi sökdülər

Şəmkirdə məscidi sökdülər
Gözlə

No media source currently available

0:00 0:00:48 0:00

40 ilə yaxındır ki, Basking Ridge şəhərində yaşayan keçmiş mer Mohammad Ali Chaudry AT&T mobil rabitə operatorunun məsul işçisidir. O, şəhərin təhsil şurasında təmsil olunub. Cənab Chaudry nüfuzlu Tafts Universitetindən İqtisadiyyat üzrə doktorluq dərəcəsi alıb.

Bu vaxta qədər icmanın cümə namazlarına 65 adam gəlirdi. Cümə namazları kirayə götürülmüş zallarda, bəzənsə hətta parklarda qılınırdı.

Cənab Chaudry məscid binasının layihəsini müvafiq şuraya təqdim edəndən sonra onun bir il içində tikiləcəyini düşünürdü.

Ancaq bunun ardınca qrup dörd il ərzində şəhər rəsmilərinn və planlaşdırma şurasının layihədə dəyişiklik edilməsi ilə bağlı ardıcıl tələbləri və 39 ictimai dinləmə ilə üzləşməli olub. Çox zaman ictimaiyyət nümayəndələri məsələ qaldıraraq gah bu ərazinin məscid tikmək üçün yaramadığını, gah da tikiləcək binanın yolun digər tərəfindəki könüllü yanğınsöndürmə stansiyasının işinə mane olacağını iddia ediblər.

____________________________________________________________

Bunlara da bax:

____________________________________________________________

Məscid layihəsinin əsas əleyhdarı İslam Şəriət qanununun "Amerika dəyərlərinə və azadlıqlarına ən böyük təhlükələrdən biri" olduğunu deyib. O, layihənin hər bir cəhətini sorğulayan amansız kampaniyaya başçılıq edib.

Nəhayət dekabr ayında məscid tikilməsi barədə ərizə rədd edilib. Sözügedən ərazi 2011-ci ildə satın alındığı vəziyyətdə qalmaqdadır.

İslam Cəmiyyəti cümə axşamı günü federal məhkəməyə verdiyi şikayət ərizəsində planlaşdırma şurasını Konqresin 2000-ci ildə qəbul etdiyi qanunu pozmaqda ittiham edir. Sözügedən qanun ibadət evlərinin torpaqdan istifadə qaydalarının törətdiyi əsassız maneələrdən qorunmasını nəzərdə tutur. 111 səhifəlik şikayət ərizəsində İslam Cəmiyyəti həmçinin iddia edir ki, şuranın qərarı onun üzvlərinin öz dini etiqadlarını sərbəst şəkildə həyata keçirməsi hüququnu pozur.

Şikayət ərizəsində qeyd olunur ki, qrup şuranın layihəni təsdiq etməsini gözləsə də "Kafkasayağı proseslə" üzləşib.

Basking Ridge sakini Lori Caratzola məscidin tikilməsinə qarşıdır. O, bu məsələ ilə bağlı keçirilmiş bütün ictimai dinləmələrdə iştirak edib, çoxlu suallar verib. Onun fikrincə, şuranın qərarı məntiqlidir.

Xanım Caratzola deyib ki, son 20 ildə törədilmiş "hər bir terror hücumu" müsəlmanlar tərəfindən həyata keçirilib. Ancaq o bunu deyəndə nədənsə ABŞ-da İslamla əlaqəsi olmayan şəxslərin törətdiyi kütləvi güllələmə hallarını saymayıb.

Buna da bax:

Gürcüstanda tələbələr etiraz edir
Gözlə

No media source currently available

0:00 0:01:01 0:00

____________________________________________________________

Bunlara da bax:

____________________________________________________________

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG