Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 09:07

Yaxın vaxtlarda Avropa Birliyi ilə Ermənistan arasında viza rejiminin sadələşdirilməsi nəzərdə tutulur.

AzadlıqRadiosu erməni xidmətinin məlumatına görə, bunu martın 11-də Vanadzor şəhərində Avropa Birliyi nümayəndə heyətinin rəhbər-isəfir Petr Svitalsy deyib.

O bildirib ki, Ermənistan bu məsələdə Gürcüstanın ardınca getməlidir.

Səfir Ermənistanı səbrli olmağa, miqrant problemi və Avropadakı vəziyyəti nəzərə almağa çağırıb.

Petr Svitalsky jurnalistlərlə söhbət zamanı deyib ki, Avropa Birliyi Ermənistanın 2013-cü ildə Avrasiya ittifaqına qoşulmaq qərarına hörmətlə yanaşır.

Amma eyni zamanda bu ölkədə islahatların inkişafında irəliləyiş olmasını istəyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG