Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 19:26

«Microsoft» Azərbaycanda «qaynar xətt» açır


Microsoft
Microsoft

-

Azərbaycanda kibertəhlükələr artıb. Bu son zamanlar ölkədə korporativ kompüterlərə, veb-saytlara və şirkətlərin İT-şəbəkələrinə kiberhücumların sürətli artımı ilə bağlıdır.

«Microsoft» şirkəti bu səbəbdən kompüter piratçılığı və kibercinayətlərə məruz qalmış istifadəçilərin müdafiəsi məqsədilə Azərbaycanda «qaynar xətt» açır.

«Trend»in xəbərinə görə, «Microsoft»un hesabatına əsasən, Azərbaycanda 65 faiz hallarda şirkət əməkdaşlarının fərdi kompüterlərinə lisenziyasız proqram təminatı quraşdırılır.

İnternetdə «Microsoft» Korporasiyasının müxtəlif proqram məhsullarını pulsuz yükləmək təklifi vasitəsilə eyni saxta sxemə Azərbaycanda da rast gəlinir. «Microsoft» xəbərdar edir ki, «pulsuz «Windows» yükləmək» təklifi reallaşdırılan zaman hər 100 haldan 92-sində müştərilər öz məxfi məlumatlarını və pullarını itirmək riskinə məruz qalırlar.

Şirkət qeyd edir ki, kibercinayətlər barədə bildirmək və ya bununla bağlı məsləhət almaq istəyənlər «Microsoft»un elektron ünvanına müraciət edə bilərlər - ceenmsamc@microsoft.com.

XS
SM
MD
LG