Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 07:36

Rusiyanın yeni raketdaşıyan gəmisi “Serpuxov” martın 10-da Sevastapol limanından yola düşüb.

Qara Dəniz Donanmasının bazasından çıxan gəmi Suriya sahillərindəki hərbi-dəniz qruplaşmasına qoşulacaq.

“Buyan-M” sinifinə aid olan kçik raket gəmisi “Serpuxov” Zelenedolsk layihə bürosu tərəfindən hazırlanıb və aprelin əvvəllərində suya buraxılıb.

Gəmi “Kalibr” tipli raketlərlə təhciz olunub. Dəniz və qurudakı 2500 kilometrlik hədəfləri vura bilir.

Hərbçilərin sözlərinə görə hazırda Rusiyanın Aralıq dənizində 15 hərbi gəmisi var.

Qeyd edək ki, Rusiya Suriya müharibəsində prezident Bashar Assadın, ABŞ və onun müttəfiqləri isə üsyançıların tərəfini saxlayır.

Hazırda Suriyada atəşkəsdir və mühasirədə olan insanlara humanitar yardımlar çatdırılır.

Günün bütün mövzuları

XS
SM
MD
LG