Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 03:57

«Bankalara mağaza kimi baxırlar»


Natiq Əmirov
Natiq Əmirov

-

«Bəzi bankların sahibləri banklara bir mağaza kimi baxır».

APA-nın xəbərinə görə, bunu prezidentin iqtisadi islahatlar üzrə köməkçisi Natiq Əmirov deyib.

O, bankların kredit siyasətini tənqid edib.

«Banklar cəlb etdiyi vəsaiti mütləq real sektorda yerləşdirmək məcburiyyətindədir. Bu gün kreditlərin qaytarılmasında problemlər var. Bu problemə bankların kredit siyasətini düzgün aparmamaları səbəb olub. Açıq demək lazımdır ki, bəzi bankların sahibləri banklara bir mağaza kimi baxır. Həmin şəxslər konkret adamlara kreditlərin ayrılması ilə bağlı göstərişlər verir. Bankların idarə olunmasında problemlər var. Bu gün biz bankları qorumalıyıq, özü də birinci növbədə onların sahiblərindən qorumalıyıq. Kreditlər və depozitlər üzrə faiz dərəcələri optimallaşdırılmalıdır», -deyə prezidentin köməkçisi qeyd edib.

XS
SM
MD
LG