Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 02:22

-

Martın 11-də IV Qlobal Bakı Forumu çərçivəsində İran, Əfqanıstan, Xəzər regionu və Mərkəzi Asiyanın təhlükəsizliyi mövzusunda panel keçirilib.

APA-nın xəbərinə görə, panelin moderatoru, İtaliyanın sabiq baş naziri Franco Frattini deyib ki, İran Əfqanıstan, İraq və Suriya üzərində geniş təsirlərə malikdir. Onun deməsinə görə, embarqonun aradan qaldırılması İranın regionda mövqeyini gücləndirir:

«Region ölkələrinin münasibətlərinə baxılsa, Səudiyyə Ərəbistanı İrana şübhə ilə yanaşır. Embarqonun götürülməsi şiə və sünni ölkələri arasında gərginliyi artıracaqmı? İranda keçirilən seçkilər prezident Hassan Rouhani-ni həvəsləndirəcək ki, razılaşmaları həyata keçirsin».

Gürcüstan baş nazirinin sabiq müavini Eka Tkeshelashvili isə hazırda İŞİD-in Əfqanıstana nüfuz etdiyini söyləyib. O, regional əməkdaşlığın Əfqanıstanın inkişafı üçün çox vacib olduğunu qeyd edib: «Azərbaycanla Gürcüstanın birgə həyata keçirdiyi nəqliyyat layihələri ilə Əfqanıstana müəyyən məhsullar daşına bilər. Özbəkistan da bu məsələyə qoşula bilər. Bu əməkdaşlıqda investisiya-ticarət maraqları önə çıxacaq. Gürcüstanın Azərbaycanla tərəfdaşlığı çox vacibdir. Gürcüstan, Azərbaycan və Türkiyənin birgə layihələri nəticəsində gələcəkdə Xəzər hövzəsində müsbət dəyişikliklər baş verəcək».

IV Qlobal Bakı Forumu martın 10-da işə başlayıb. Həmin gün isə Suriya və Ukrayna mövzusunda panellər keçirilmişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG