Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 09:30

Bağçalar Təhsil Nazirliyinə qaytarılır?


Uşaq bağçası
Uşaq bağçası

-

Məktəbəqədər təhsil müəssisələrinin (uşaq bağçaları) yenidən Təhsil Nazirliyinə qaytarılması istiqamətində işlərə başlanılıb. Xəbəri «Report» yayıb.

Xəbərə görə, Milli Məclisin Elm və təhsil komitəsinin gələn həftə keçirilməsi nəzərdə tutulan iclasında «Məktəbəqədər təhsil haqqında» qanun layihəsinin hazırlanması üçün işçi qrupun tərkibi müəyyənləşəcək. Həmin layihəyə əsasən, uşaq bağçaları nazirliyin tabeliyinə veriləcək.

İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsmanın) 2015-ci il üzrə illik məruzəsində də məktəbəqədər təhsil müəssisələrinin Təhsil Nazirliyinə qaytarılması təklifi yer almışdı.

Hazırda uşaq bağçaları rayon icra hakimiyyətlərinin tabeliyindədir.
Prezidentin 27 dekabr 2011-ci il sərəncamı ilə Təhsil Nazirliyinin tabeliyində olan uşaq bağçaları yerli icra hakimiyyəti orqanlarının sərəncamına verilib.

XS
SM
MD
LG