Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:21

-

«Üzən məzənnədən» imtina edilməyəcək. Mərkəzi Bankın yaydığı xəbərdə belə deyilir.

Sosial şəbəkələrdə altında Mərkəzi Bankın (MB) sədr müavinin adı yazılan və martın 18-dən manatın ABŞ dollarına qarşı məzənnəsinə dair kommersiya banklarına ünvanlanan bir məktub yayımlanıb.

Məktubda qeyd olunur ki, MB martın 18-dən «üzən məzənnə» rejimindən imtina edəcək.

Mərkəzi Bankdan isə bildiriblər ki, məktub saxtadır, ictimaiyyət arasında çaşqınlıq yaratmaq məqsədi daşıyır: «Manatın ABŞ dollarına nisbətən məzənnəsi MB-nin bəyan etdiyi idarəolunan üzən məzənnə siyasəti rejiminə uyğun olaraq valyuta bazarında tələb və təklif əsasında müəyyənləşir».

XS
SM
MD
LG