Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 02:42

-

Martın 14-də Rusiyanın Enerji naziri Alexander Novak İranın Neft naziri Bijan Zanganeh ilə görüşəcək, neft hasilatının dondurulmasının İrana necə aid ediləcəyi müzakirə olunacaq.

Rusiya və Səudiyyə Ərəbistanı hasilatı yanvar səviyyəsində dondurmağı təklif edir, ancaq Tehran təklifi rədd edir. İran beynəlxalq sanksiyaların yanvarda qaldırıldığını, neft hasilatına süni əngəllər yaradıldığını bildirir.

Ancaq OPEC-dəki mənbələr Reuters agentliyinə söyləyib ki, İran hasilatı günə 4 milyon barel səviyyəsində dondurmağa razılaşa bilər. Sanksiyalardan öncə hasilat bu səviyyədə idi. İndi isə İran günə 3 milyon barreldən az neft çıxarır.

Hasilat dondurularsa, OPEC üzvləri və Rusiya kimi böyük istehsalçılar əslində yanvardakı rekord hasilat həddini saxlamış olacaqlar.

Günün bütün mövzuları

XS
SM
MD
LG