Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 05:21

-

Çərşənbə axşamı ABŞ Dövlət Departamenti Rusiya prokurorluğunun Milli Demoktratiya İnstitutuyla (NDI) bağlı qərarını tənqid edib. Prokurorluq qurumun Rusiyada faliyyətinin arzuolunmazlığına dair qərar çıxarıb.

Dövlət Departamenti bu qərardan dərin narahatlıq hissi keçirdiyini bildirir:

“Mili Demokratiya İnstitutunun və vətəndaş cəmiyyətini təmsil edən digər xarici təşkilatların Rusiyaya təhlükə yaratması fikirlərini qəbul etmirik. NDI dövlət strukturlarının açıqlığı və hesabatlılığı ideyasını dəstəkləyir. Rusiya bu prinsiplərə qarşı çıxmamalı, onları alqışlamalıdır”.

Çərşənbə axşamı Rusiya Federasiyası prokurorluğu NDI -nin bu ölkədə fəaliyyətinin arzuolunmaz hesab edilməsi barədə qərar çıxarıb.

NDI Konqres tərəfindən 1983-cü ildə təsis olunub, həm büdcədən, həm də qeyri-büdcə mənbələrindən maliyyələşir.

NDI -nin Azərbaycanda da fəaliyyəti dayandırılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG