Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 12:03

İclasdan sonra ziyafət


-

Martın 10-da IV Qlobal Bakı Forumunun iştirakçılarının şərəfinə ziyafət verilib. “APA” informasiya agentliyinin xəbərinə görə, ziyafətə prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva və qızı Leyla Əliyeva da qatılıblar.

Ziyafətdə çıxış edən Latviyanın sabiq prezidenti Vayra Vike-Freyberqa İlham Əliyevə dünyanı narahat edən aktual məsələlərin müzakirəsinə yüksək səviyyədə şərait yaratdığına və beynəlxalq dialoqa güclü dəstək verdiyinə görə minnətdarlığını bildirib. Vayra Vike-Freyberqa artıq dördüncü dəfədir keçirilən Forumun əhəmiyyətindən danışıb və onun davamlı olacağına ümidvar olduğunu bildirib.

Prezident İlham Əliyev isə Forum çərçivəsində aparılan müzakirələrin səmərəli olduğunu qeyd edərək dünyada mövcud olan təhdidlərin yalnız birgə səylərlə aradan qaldırılmasının mümkünlüyünü vurğulayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG