Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 17:59

-

Vaşinqtonda rəsmilər bildirir ki, Rusiyanın keçmiş Mətbuat naziri Mikhail Lesin “başından aldığı xəsarətdən” həlak olub. Prezident Vladimir Putin-in yaxın müttəfiqi olan Lesin ötən noyabrda ABŞ-da Dupont otelində ölü tapılıb.

Vaşinqtonun baş məhkəmə-tibb ekspertinin idarəsindən martın 10-da Azad Avropa/AzadlıqRadiosuna göndərilən açıqlamada bildirir ki, Lesin-in boynunda, bədənində, yuxarı və aşağı ətraflarında ağır xəsarət izləri olub.

Bəyanatda işin hələ bitmədiyi bildirilir. Əlavə bilgi verilmir.

Lesin-in cəsədi noyabrın 5-də aşkarlanıb. O zaman yayılan şayiələrə görə, o, ABŞ-ın Federal Təhqiqat Bürosuna (FBI) köməyini təklif edəndən sona qətlə yetirilib.

Lesin 1999-2004-cü illərdə mətbuat naziri olub, Kremlin nəzarətində olan Gazprom Media-ya başçılıq edib, “Russia Today” ingilisdilli xəbər şəbəkəsinin yaradılmasına köməklik göstərib.

Günün bütün mövzuları

XS
SM
MD
LG