Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 03:32

Cernobl Atom Elektrik stansiyasında baş verən qəzadan 30 il ötür, amma ərazidə radiasiyanın səviyyəsi insan həyatı üçün təhlükəli olaraq qalır.

Bu ərazi Kiyevin 80 kilometrliyindədir.

Stansiyada partlayış 1996-cı il aprelin 26-da baş verib, radiaktiv toz buludları Ukraynanın böyük ərazisi, qonşu Belarus, Rusiya və digər Avropa ölkələrinə yayılıb.

Ekoloji təşkilat olan “Grinpsin” araşdırmaları göstərir ki, ərazinin çirklənməsi hələ də yüksək həddə olaraq qalır, xüsusilə də meşəliklərdə. Söhbət sezyum və stronsium kimi radiaktiv metallardan gedir.

Grinps təşkilatı süd, göbələk və moruqdan nümunələr götürüb və məlum olub ki, nümunələrin əksəriyyətində, Məsələn Ukraynadasezyum və stronsium yüksək həddədir. İnsanlar şüalanmış qidalardan istifad edir.

Rusiyanın Bryansk vilayətində də təxminən eyni vəziyyət qeydə alınıb.

Təşkilat bildirir ki, təhlükəyə baxmayaraq insanlar hələ dəö Cernobl zonasındakı çirklənmiş meşəliklərdə göbələk yığmaq və balıq tutmaqda davam edir.

Bundan başqa yerli sakinlərdə xəstəlik həddinin yüksək olduğu qeydə alınıb, uşaqlar digər təmiz ərazilərlə müqaisədə iki dəfə çox xəstələnir.

Günün bütün mövzuları

XS
SM
MD
LG