Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 06:17

-

Ali Məhkəmə Daxili İşlər Nazirliyinin həbsdə olan sabiq baş əməliyyat müvəkkili Hacı Məmmədovun işinin yenilənməsinə əsas olmaması ilə bağlı rəy verib.

APA-nın xəbərinə görə, H.Məmmədovun işinin yenilənməsi ilə bağlı ərizəsi Ali Məhkəmənin plenuma çıxarılmayacaq.

Çoxsaylı qətllər və adam oğurluğunda ittiham olunmuş Hacı Məmmədov bir müddət öncə Ali Məhkəməyə müraciət edərək yeni hallar üzrə cinayət işinin yenilənməsini istəmişdi.

H.Məmmədov 2005-ci il martın 10-da Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi «Qara kəmər» əməliyyatı nəticəsində dəstə üzvləri ilə birlikdə həbs edilib. O, Cinayət Məcəlləsinin 80 maddəsi ilə ittiham olunaraq, əmlakı müsadirə olunmaqla ömürlük həbs cəzasına məhkum edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG