Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 12:45

BMT son 4 həftə ərzində Suriyanın mühasirədə olan rayonlarına humanitar yardım çatdırılmasında böyük irəliləyiş olduğunu deyir.

Təşkilat son 4 həftə ərzində mühasirədə olan 18 rayonda təxminən 240 min insana 536 maşın ilkin humanitar yardım çatdığını bildirir.

BMT-nin Suriyaya humanitar yardım üzrə koordinatoru Yakub Əl Hill deyib ki, aprelin sonunadək Zamalka və Duma kimi daha çox mühasirədə olan ucqar rayonlara yardım çatdırılacaq.Söhbət təxminən 850 min insandan gedir.

Yakub Əl Hill hələ ki, mühasirədə olan Zamalka, Duma, Arbin, Şərqi Harasta və Deyr əz Zor rayonlarına humanitar yardım çatdıra bilmədiklərini deyir.

Bundan başqa Homs və Hələbin bir sıra bölgələrinəhumanitar yardım çatdırılması planlaşdırılır.

5 ildir ki, davam edən Suriya münaqişəsində 270 mindən çox adam ölüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG