Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 22:53

Putin Yaqub Eyyubova orden verdi


Yaqub Eyyubov
Yaqub Eyyubov

-

Rusiya prezidenti Vladimir Putin Azərbaycanın baş nazirinin müavini Yaqub Eyyubova «Dostluq» ordenini təqdim edib.

«Report»un xəbərinə görə, martın 10-da V.Putin yerli və xarici ölkələrin vətəndaşlarına dövlət mükafatları təqdim edib.

Azərbaycanın baş nazirinin müavini ordenlə dostluq və əməkdaşlığın möhkəmləndirilməsinə, iqtisadi və mədəni əlaqələrin inkişafına töhfəsinə görə təltif olunub.

Yaqub Eyyubov 1945-ci il oktyabrın 24-də Mingəçevirdə doğulub.

O, 1999-2003-cü illərdə Nazirlər Kabinetində baş nazirin müavini vəzifəsində çalışıb. 2003-cü ildən baş nazirinin birinci müavinidir.

XS
SM
MD
LG