Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 01:22

-

«2015-ci ildə Azərbaycanla İsveçrə arasında iqtisadi əlaqələr bir az zəifləyib. Buna səbəb dünya bazarında xam neftin qiymətinin azalması olub».

Bunu iqtisadiyyat naziri Şahin Mustafayev Azərbaycan hökuməti ilə İsveçrə Federal Şurası arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın iclasında deyib.

APA-nın xəbərinə görə, nazir ölkələr arasında qeyri-neft sektoru üzrə ticarət dövriyyəsinin 38 faiz artmasının sevindirici olduğunu bildirib: «Hazırda Azərbaycanda 65 İsveçrə şirkəti fəaliyyət göstərir. Bu günə qədər İsveçrə şirkətləri Azərbaycana 220 milyon dollar investisiya yatırıb».

SOCAR-ın İsveçrədəki fəaliyyətinə toxunan nazir deyib ki, şirkət bu ölkənin iqtisadiyyatına 400 milyon İsveçrə frankı dəyərində investisiya yatırıb. «SOCAR bu günə qədər İsveçrədə 148 yanacaqdoldurma məntəqəsinə sahibdir. SOCAR İsveçrə bazarında yanacaqdoldurma məntəqələri üzrə pərakəndə bazarın 7, topdansatış bazarının 8 faizinə, maye-qaz bazarında isə 25 faiz paya sahibdir», - deyə nazir bildirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG