Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 21:31

Türkiyənin sahil-mühavizə qüvvələri martın 9-u gecə saatlarında dənizdə batan 9 miqrantı xilas edib.

Əməliyyat zamanı həmçinin azı 5 miqrantın cəsədi aşkar edilərək sahilə çıxarılıb. Ölənlərdən biri uşaqdır.

Əfqanıstan və İrandan olan qaçqınların olduğu qayıq, Yunanıstanın Lesbos adasına gedərkən batıb.

Bu barədə Anadolu agentliyi xəbər verir.

İnsident Egey dənizində, Ayvalık şəhərinin yaxınlığında baş verib.

Xilas edilənlərdən 3-ü hospitala yerləşdirilib.

Bundan başqa iki nəfər itkin düşmüş hesab olunur.

Ötən bazar ertəsi Türkiyə ilə Avropa Biurliyi arasında əldə olunan ilkin razılaşmada Türkiyənin Avropaya keçən qanunsuz miqrantları geri qəbul etməsi, əvəzində ona əlavə maliyyə vəsaiti verilməsi, Avropa Birliyinə üzvlük prosesi və vizasız rejimin tezləşdirilməsi nəzərdə tutulur.Türkiyənin baş naziri Ahmet Davutoglu bildirib ki, məqsəd qanunsuz miqrantlar və insan qaçaqçılarının qarşısını almaqdır.

Avropa Birliyi ilə Türkiyə Birliyin martın 17-18-də keçiriləcək sammitində məsələ ilə bağlı yekun razılaşma əldə etmək fikrindədirlər.

Türkiyə bəyan edib ki, Avropa Birliyi müəyyən mənada Ankaranın tələblərini qəbul edib.

Təkcə bu il Suriya və İraqdan Avropaya 130 mindən çox qaçqın keçib, azı 350 nəfər isə dənizdə batıb.

Hazırda Yunanıstanla Makedoniya sərhədinə 35 mindən çox qaçqın yığışıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG