Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 21:02

35-45 yaş arasında oxucu daha səbirsiz olur


Kitablar
Kitablar

-

Oxuma vərdişlərini araşdıran Jellybooks öz araşdırmalarının nəticələrini bəyan edib.

Elektron kitab oxuyan yüzlərlə oxucu arasında bir neçə ay ərzində keçirilmiş sınaqların nəticələrinə görə, oxucular bir kitaba başladılarsa, onu ya əvvəlində, ya ortasında bağlayıb bir kənara atır, ya da sona qədər oxuyurlar. Kitabı oxumaq məsələsində kişi, qadın fərqi yoxdur. Amma əgər kitabın giriş hissəsi uzundursa, kişilər o kitabdan daha çox hallarda imtina edirlər.

Bir kanadalı yazıçının kitabı 400 oxucuya oxutdurulub, oxucuların tən yarısı kişilər, tən yarısı qadınlar olub. Sonda oxucular deyiblər ki, kitabı bəyənmədilər.

Uzun girişlil kitab olduğuna görə, kişilər bu kitabdan daha tez imtina ediblər, qadınlar isə onu sona qədər oxuyublar, sonra pisləyiblər.

Bundan belə bir nəticə çıxıb ki, kişilər bir kitabı bəyənməyəndə bu barədə daha tez nəticə çıxarırlar. "Yazıçı mətləbə daha tez keçməlidir" - kişilər deyiblər.

Yaş qruplarına görə aparılan araşdırmada isə məlum olub ki, yaşı 35-45 arasında olan oxucular daha səbirsizdirlər. Bu yaş qrupunda olanlar kitabı bəyəmədikləri anda bağlayırlar və bir daha açmırlar.

35 yaşdan daha gənc və 45 yaşdan daha yaşlı olanlar isə kitaba münasibətdə daha səbirli olublar.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG