-
Sabirabadda bir qız özünü Kür çayına atmaq istəyib.
Xəbəri Daxili İşlər Nazirliyi yayıb. Nazirlik bildirir ki, Sabirabad şəhər sakini E. Ə. özünü Kür çayına atmağa cəhd göstərib. Cəhdin qarşısını ərazidə xidmət aparan polis əməkdaşları alıblar.
DİN həmin qızın ruhi xəstə olduğunu bildirir.
Faktla bağlı araşdırma aparılır.