Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 08:06

-

«Neftin qiyməti 60 dolları ötə bilər. Amma bundan ötrü OPEC və digər ölkələr neft hasilatını azaltmalıdır».

APA-nın xəbərinə görə, bunu Bakıda jurnalistlərə açıqlamasında «Gazprom» şirkətinin Direktorlar Şurasının sədri Viktor Zubkov deyib.

O, bununla belə qeyd edib ki, heç kim neftin qiymətini proqnozlaşdıra bilməz. Onun deməsinə görə, əgər neftin qiyməti 50-60 dollar arasında qərarlaşarsa, bu, 2016-cı il üçün optimal qiymət olacaq:

«Hazırda neftin bir barrelinin qiyməti 40 dolları ötüb. Gələcəkdə nə olacağını demək isə çətindir. Neftin qiymətinə bir neçə amil, o cümlədən dünyanın müxtəlif ölkələrinin iqtisadiyyatının inkişaf tempi təsir edir. Bununla yanaşı, İran da öz neftini bazara çıxarır. Düşünürəm ki, OPEC və digər ölkələr yalnız neft hasilatının dondurulması üzərində deyil, hasilatı azaltmaq barədə də düşünməlidirlər. Bu halda neftin qiyməti 60 dolları keçə bilər».

Viktor Zubkov Rusiya prezidenti Vladimir Putin-in Qaz İxracatçısı olan Ölkələr Forumu ilə əlaqələr üzrə xüsusi nümayəndəsidir.

Bu günlər SOCAR prezidenti Rövnəq Abdullayev Azərbaycanın neft hasilatını yanvar ayı səviyyəsində dondurmağa hazır olduğunu bildirmişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG