Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 14:28

İ.Əliyev: «Multikulturalizm dövlət siyasətidir»


İlham Əliyev
İlham Əliyev

-

«Multikulturalizm Azərbaycanda dövlət siyasətidir. Bu il Azərbaycanda multikulturalizm ilidir. Dövlət siyasəti və cəmiyyətin yanaşması bu sahədə fərqlənmir».

APA-nın xəbərinə görə bu sözləri prezident İlham Əliyev IV Qlobal Bakı Forumundakı çıxışı zamanı deyib.

O bildirib ki, multikulturalizm dəyərlərinin təşviqi ilə bağlı Bakı Prosesi və digər tədbirlər keçirilib:

«Bir aydan sonra BMT-nin Sivilizasiyalararası Forumunu keçirəcəyik. Siyasətçilər məsuliyyətli olmalıdırlar. Media təmsilçiləri də məsuliyyətli olmalıdırlar. Ancaq şahidi oluruq ki, xəbərlərdə əsasən toqquşma, qaçqınlar böhranı barədə reportajlar verilir. Bu, bizi təcrid olunmağa aparır. Biz hamımız bir-birimizə bağlıyıq. Avropa və Orta Şərq arasında məsafə çox olsa da, insanların ailəsi üçün sığınacaq tapmaq cəhdlərini dayandıra bilməzsiniz. Heç bir ölkə təcrid olunmuş halda yaşaya bilməz, hamımız bir-birimizə bağlıyıq. Biz bununla fəxr etməliyik».

Keçən ay Gəncədə İmamzadə Kompleksinin açılışının həyata keçirildiyini xatırladan dövlət başçısı deyib ki, orada müxtəlif dini icmaların nümayəndələri çıxış ediblər:

«Bu, ölkəmizdə işlərin necə aparıldığını göstərir. Bu, bizim dünyaya mesajımız idi. Azərbaycanın ən böyük məscidində ilk dəfə şiə və sünnilər birgə ibadət etdilər. Bütün bunlar bizim ən böyük zənginliyimizdir».

XS
SM
MD
LG