Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 11:52

«Azərbaycanda post-neft dövrü başlayıb»


İlham Əliyev
İlham Əliyev

-

«2004-2014-cü illərdə Azərbaycan iqtisadiyyatı dünyada ən sürətli inkişaf edən ölkə olub. Azərbaycan iqtisadiyyatı rəqabət qabiliyyətinə görə dünyada 40-cı yerdədir».

Bu sözləri IV Qlobal Bakı Forumunun açılışında çıxışı zamanı Azərbaycan prezidenti İlham Əliyev deyib.

O bildirib ki, Azərbaycanda neftdən sonrakı dövr başlayıb: «Bu, hasilatın azaldılması ilə deyil, neftin qiymətinin 4 dəfə düşməsi ilə bağlıdır. Heç kim buna hazır deyildi. Biz fəal şəkildə işləməliydik ki, bunun mənfi təsirlərini azaldaq. İndi maliyyə durumumuz sabitdir. Büdcəmiz neftin bir barrelinin 25 dollar olması əsasında hesablanıb. Dövlət Neft Fondunda kifayət qədər ehtiyatlarımız var. Biz düzgün istiqamətdəyik, hazırda iqtisadiyyatda şaxələndirmə ilə məşğuluq».

Prezidentin deməsinə görə, Azərbaycan nəqliyyat şəbəkəsi yaradır: «Azərbaycanın coğrafi mövqeyi mühümdür. Bu, nəqliyyat infrastrukturunu inkişaf etdirməyə imkan verir. Şərq-Qərb dəhlizi işə başlayıb. İnanırıq ki, gələn il Bakı-Tbilisi-Qars dəmir yolu işə salınacaq. Biz vahid nəqliyyat xətti yaratmağa çalışırıq».

XS
SM
MD
LG