Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 13:40

İran raket proqramını kəsməyəcək


İranın yeraltı raket arsenalı, arxiv fotosu

İranın yeraltı raket arsenalı, arxiv fotosu

-

İran İnqilab Qvardiyasının komandiri and içir ki, ölkəsi heç bir halda ballistik raket proqramını dayandırmayacaq və Tehranın atılmağa hazır raketləri var.

Briqada generalı Amir Ali Hajizadeh martın 9-da dövlət televiziyasında bildirib ki, İnqilab Qvardiyası “heç vaxt BMT Təhlükəsizlik Şurasının İranın raket fəaliyyətinə dair qətnamələrini qəbul etməyib”.

Dövlət mediası İnqilab Qvardiyasının martın 8-9-da bir neçə ballistik raketi sınaqdan çıxardığını bildirir.

Həmin raketlərin üzərində “İsrail silinməlidir” yazısı olub.

İran martın 10-da bildirib ki, həmin raket sınaqları ötən il imzalanmış nüvə sazişini pozmayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG