Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 23:34

-

«Çox şadam ki, bu cür önəmli Forumda iştirak edirəm. Dost Azərbaycana, Bakıya gəlmək həmişə xoşdur. Azərbaycanda əməkdaşlıq və dostluq üçün geniş imkanlar var».

APA-nın xəbərinə görə, bu sözləri IV Qlobal Bakı Forumunda çıxış edən Gürcüstan prezidenti Giorgi Margvelashvili deyib. Gürcüstan prezidenti Rusiyaya qarşı da ittihamlar səsləndirib:

«Rusiya ərzimizin 20 faizini işğal edib. Əhalimizin 15 faizi gürcü olduqları üçün öz ölkələrində köçkünə çevrilib. Biz böyük dövlətlərin təsiri altında yaşamaq istəmirik. Ötən il belə dramatik vəziyyəti dost Ukraynada gördük, Krım işğal olundu, ölkənin şərqində müharibə başladı. Qonşu ölkələr körpülərin yaradılmasına, tərəfdaşlığın formalaşdırılmasına çalışmalı, işğala yol verməməlidir. İşğaldan əziyyət çəkən ölkənin nümayəndəsi kimi deyirəm ki, Gürcüstan qlobal terrorizmə qarşı mübarizədə aktiv yer alır. Əfqanıstanda sülhyaratma missiyasında iştirak edirik».

Giorgi Margvelashvili qeyd edib ki, Azərbaycan, Türkiyə, Gürcüstan birlikdə böyük enerji və nəqliyyat layihələri həyata keçirir:

«Bu təhlükəsizlik layihələri daha çox dostların qazanılmasına gətirib çıxaracaq. Cənub Qaz Dəhlizi, Bakı-Tbilisi-Qars dəmir yolu daha çox dost əldə etməyə səbəb olacaq. Gürcüstan dünya okeanına çıxışı olmayan 14 ölkəyə bundan bəhrələnmək imkanı yaradır. Biz eyni layihələri Çindən, ABŞ-dan olan dostlarımızla həyata keçirməyə çalışırıq. Bizim milli maraqlarımıza təcavüz etmək olmaz. Düşünürəm ki, bu Forumda yeni imkanların tapılması üçün mühüm fikirlər səslənəcək».

Günün bütün mövzuları

XS
SM
MD
LG