Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 12:44

Daha iki bankın kredit reytinqi endirildi


«Accessbank»
«Accessbank»

-

«Fitch» beynəlxalq reytinq agentliyi «Pasha Bank» ASC-nin uzunmüddətli emitentin defolt reytinqini (İDRs) «BB» və «BB-» səviyyəsində təsdiq edib.

«Report»un xəbərinə görə, bununla yanaşı, «Accessbank»in uzunmüddətli emitentin defolt reytinqi isə «BBB-»dan «BB+»a endirilib.

«Fitch» hər iki bankın reytinqi üzrə proqnozu «neqativ» olaraq açıqlayıb.

Agentlik adıçəkilən bankların reytinq dərəcəsini Azərbaycanın suveren reytinqini əsas tutaraq qiymətləndirdiyini bildirib. Agentlik bundan əvvəl isə Beynəlxalq Bankın reytinqini endirmişdi.

«Fitch» 2016-cı il fevralın 26-da Azərbaycanın suveren reytinqini «BB+»a endirib.

XS
SM
MD
LG