Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 14:37

Ruhani N.Rəhimovun istintaqı yekunlaşıb


Foto illüstrasiya
Foto illüstrasiya

-

Nardaran hadisələrində həbs edilən Hacı Nuhbala Rəhimov barəsində başlanmış cinayət işinin istintaqı yekunlaşıb. Hacı Nuhbala Rəhimov özünü Nardarandakı Rəhimə Xanım Ziyarətgahının Hüseyniyyə Məscidinin axundu kimi təqdim edir. Ancaq Qafqaz Müsəlmanları İdarəsi onu bu vəzifədə tanımır.

«Trend»in xəbərinə görə, istintaq işi Sabunçu rayon Məhkəməsinə göndərilib. Xəbərdə qeyd edilir ki. N.Rəhimovla bərabər Nardaran hadisələrində təqsirləndirilən daha bir neçə nəfərin barəsində başlanmış cinayət işi də yekunlaşıb.

N.Rəhimov ötən il dekabrın 7-də Nardaran qəsəbəsində Hüseyniyyə Məscidində saxlanılaraq Sabunçu rayon Polis İdarəsinə aparılıb.
Sabunçu rayon Məhkəməsinin qərarı ilə barəsində 12 sutkalıq inzibati həbs qərarı çıxarılıb. Daha sonra isə o, Nardaran hadisələrində təqsirləndirilərək məhkəməyə qədər 4 aylıq həbs cəzası alıb.

2015-ci il noyabrın 26-da Nardaran qəsəbəsində hüquq-mühafizə orqanları xüsusi əməliyyat keçiriblər. Əməliyyatda 2 polis olmaqla 7 şəxs həlak olub. «Müsəlman Birliyi» Hərəkatının rəhbəri Taleh Bağırzadə və tərəfdarları həbs edilib. Prokurorluğun yaydığı məlumata görə, hazırda bu işlə bağlı 68 nəfər həbsdədir.

XS
SM
MD
LG