Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 10:19

-

Azərbaycanın xalq artisti Muxtar Maniyevin səhhəti pisləşib.

Aktyorun həyat yoldaşı Nəsibə Maniyevanın APA-ya verdiyi məlumata görə, vəziyyəti ağırlaşan xalq artisti Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinə yerləşdirilib. Həkimlər Mərkəzin reanimasiya şöbəsinə yerləşdirilən aktyorun vəziyyətini ağır qiymətləndirirlər.

Xalq artisti yüksək qan təzyiqi və şəkər xəstəliyindən əziyyət çəkir.

1935-ci ildə Bakıda doğulan Muxtar Maniyev indiyə kimi 157 filmə çəkilib. O, «Nəsimi» filmində Miranşah, «Bizim Cəbiş müəllim» filmində mühəndis Nəcəfov kimi rollar oynayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG