Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 16:50

İngilis dilinə tərcümə olunmuş ən yaxşı nəsr seçilir


Orhan Pamukun siyahıya düşmüş romanı

Orhan Pamukun siyahıya düşmüş romanı

-

Dünyada ötən il ingilis dilinə tərcümədə nəşr olunmuş ədəbiyyatın "ən yaxşıları"nı seçən Beynəlxalq Man Booker mükafatının 2016-cı il üçün uzun siyahısı açıqlanıb. Burada 13 kitab var.

Onların arasında əvvəllər bu mükafatı almış iki yazıçı, iki Nobel mükafatçısı, iki nəfər də debüt yazıçı var.

Bu müəlliflər 12 ölkəni, 9 dili təmsil edir. Onların seçilən kitabları əvvəlcə Angola, İtaliya, C.Koreya, Fransa, İndoneziya, Çin, Konqo, Avstriya, Braziliya, Yaponiya, Finlandiya və Türkiyədə çıxıb.

Yuxarıda qeyd etdiyimiz iki debüt roman ilk çıxdıqları ölkələrin dövlət tərcümə proqramlarıyla Britaniyada işıq üzü görüb. Uzun siyahını Britaniya naşirləri seçiblər.

José Eduardo Agualusa, Elena Ferrante, Han Kang, Maylis de Kerangal, Eka Kurniawan, Yan Lianke, Fiston Mwanza Mujila, Ruduan Nassar, Marie NDiaye, Kenzaburō Ōe, Aki Ollikainen, Orhan Pamuk və Robert Seethaler.

Münsiflər heyətinin builki sədri Boyd Tonkin mükafatın rəsmi səhifəsində deyir:

"Seçilən 13 kitab bu gün dünyada yazılan rəngarəng nəsrin ən əlalarıdır."

"Miniatür tarixi epik əsərlərdən dərin ehtiras epizodlarına qədər, uğursuz ailə dramlarından tutmuş bir xarakter ətrafında cərəyan edən şəhər həyatına qədər, bu siyahı özündə bir çox sərhədləri ehtiva edir. Bu siyahı həm də onları ingilisdilli oxucuya çatdıran əla kateqoriyalı tərcüməçilərin əməyinin bəhrəsidir."

XS
SM
MD
LG