Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 14:19

-

Azərbaycan Yazıçılar Birliyinin Güney Azərbaycan şöbəsinin təşəbbüsüylə yazıçı Anarın "Dantenin yubileyi" romanı "Böyük qurultay" adı ilə Tehranın "Noxbeqan" nəşriyyatında işıq üzü görüb.

Kitabı əski əlifbaya çevirən Solmaz Təbrizli və çapa hazırlayan Səid Muğanlıdır. AYB-nin Güney Azərbaycan şöbəsi və "Yaşmaq" kitab seriyasının birgə fəaliyyəti nəticəsində son iki ildə Güney Azərbaycanda xalq yazıçısı Anarın "Nəsrin fəzası", Kamal Abdullanın "Sehirbazlar dərəsi", Vaqif Səmədoğlunun "Bu yolların yuxusunu kim görüb", İsa Müğannanın "Doğma və yad adamlar", Afaq Məsudun "Suiti", Şahmar Ələkbərzadənin "Utanım yerinə, ay utanmayan!", Mirəli Seyidovun "Bayram və bayramlıq", İsmayıl Şıxlınım “Ölüləri Qəbristanda basdırın", Əlisəmid Kürün "Sonuncu dua" kitabları işıq üzü görüb.

Hazırda Fikrət Qocanın əsərləri "Dayanacaqda görüş" adıyla çapa hazırlanır.

Günün bütün mövzuları

XS
SM
MD
LG