Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 16:25

“Yoxsul vergisinə” qarşı fləşmob olacaq


Rusiyada ərzaq yarmarkası, arxiv fotosu

Rusiyada ərzaq yarmarkası, arxiv fotosu

-

Martın 10-da Rusiyanın bir neçə şəhərində «Yoxsullara vergi»yə qarşı fləşmob keçiriləcək. Onlar bir sıra qida məhsullarına aksiz vergi qoyulmasına etiraz edirlər.

Yüzlərlə fəal mağazalara “ölü sifətində” girəcək, bununla da aclıqdan ölüm təsəvvürü yaradacaqlar. Bir dəqiqə tərpənməz halda uzandıqdan sonra qalxıb dağılışacaqlar.

AzadlıqRadiosunun rus xidmətinin məlumatına görə, aksiyada 3 mindən 5 minədək insanın iştirakı gözlənir. Fləşmoblar Moskva, Peterburq, Saratov daxil olmaqla, bir neçə şəhərdə keçiriləcək.

Fevralın əvvəlindən bir neçə nazirlik ən çox işlənən istehlak malları, ərzaq məhsullarına aksiz vergisi qoymaqla dövlət büdcəsini doldurmağı təklif ediblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG