Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 12:49

Polisin gecə narkotik əməliyyatı


-

Martın 9-dan 10-na keçən gecə Bakıda polis narkotik maddələrin dövriyyəsinə qarşı əməliyyat keçirib. “APA” informasiya agentliyinin xəbərinə görə, 55 yaşlı kişi külli miqdarda müxtəlif narkotik maddələri 10 min manata satmaq istəyərkən saxlanıb.

Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Bölməsinə bir nəfərin narkotik maddə satmaq istəməsi barədə məlumat daxil olub. Dərhal əməliyyat qrupu hadisə yerinə yollanıb.

Ərazi mühasirəyə alındıqdan sonra Astara sakini 55 yaşlı Heydər Məmmədov saxlanıb. Onun üzərindən 2,5 kiloqramdan çox tiryək və 5 kibrit qutusu qurudulmuş marixuana aşkar edildiyi bildirilir.

Polis əməkdaşları Heydər Məmmədovun Nizami rayonu ərazisində kirayədə qaldığı evə də baxış keçiriblər. Evdə müxtəlif yerlərdə gizlədilmiş ümumi çəkisi 15 kiloqrama yaxın marixuananın aşkar edilib, götürüldüyü qeyd edilir. Polisin deməsinə görə, Heydər Məmmədov külli miqdarda narkotik maddəni 10 min manata satmaq niyyətində imiş.

Heydər Məmmədovun üzərində və kirayədə qaldığı mənzildə aşkarlanan narkotik maddələr ekspertizaya göndərilib.

Faktla bağlı Nizami Rayon Polis İdarəsinin istintaq şöbəsində cinayət işi başlanılıb, araşdırma aparılır.

Ancaq Heydər Məmmədov və ya vəkilinin bu deyilənlərə münasibəti açıqlanmır.

Günün bütün mövzuları

XS
SM
MD
LG