Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 20:24

Tereza Ana nə deyirdi?


Tereza Ana Polşa səfərində
Tereza Ana Polşa səfərində

-

Rahibə, “iztirab çəkən bəşəriyyətə köməyə görə” Nobel Sülh Mükafatı almış Tereza Anaya və daha dörd nəfərə keçən il Roma Papasının qərarıyla verilmiş "Müqəddəs" adının təntənəli mərasimi bu ay martın 15-də olacaq.

Tereza Ana bu gün Makedoniya adlanan torpaqda bir alban ailəsində doğulmuşdu. Ona mərhəmət hissi anasından keçmişdi. Anası ona deyərmiş: “Mənim balam, başqalarına təklif etmədən, başqalarıyla bölmədən ağzına bir tikə də qoyma.”

Yoxsullara, kimsəsizlərə, cəmiyyətdən kənarlaşdırılan kəslərə təmənnasız məhəbbəti vardı. Ömrünün çox hissəsini Hindistanda xəstələrə, qocalara, kimsəsizlərə qulluq etməklə keçirmişdi, elə Kəlküttədə vəfat etmişdi.

Tereza Ananın seçmə fikirləri

“İnsanları mühakimə edirsənsə, onları sevməyə vaxt qalmaz”.

“Hamımız böyük işlər görə bilmərik. Amma kiçik şeyləri böyük sevgiylə edə bilərik”.

“Sadəcə yaşa, qoy başqaları da yaşaya bilsinlər”.

“Mən sənin bacarmadığın işləri görsəm, sən mənim bacarmadığım işləri görsən, birlikdə gör nə böyük işlər görə bilərik.”

"Mən istəyirəm siz qapı qonşunuzu tanıyasınız. Qapı qonşunuzu tanıyırsınızmı?"

There must be a reason why some people can afford to live well. They must have worked for it. I only feel angry when I see waste. When I see people throwing away things that we could use.
Read more at: http://www.brainyquote.com/quotes/authors/m/mother_teresa.html

“Bu gün etdiyin yaxşılıq sabah unudula bilər. Sən hər halda yaxşılığa davam elə”.

"Mehriban sözlər demək asan və qısa olur, onların əks-sədası isə həqiqətən də sonsuzdur."

"Əgər yüz adama yemək verə bilmirsənsə, onda bir adama yemək ver."

"Bəzi insanlar yaxşı yaşayırlar. Görünür, buna nail olmaq üçün çox işləyiblər. Mən yalnız israfçılıq görəndə əsəbləşirəm. İnsanların bizim işlədə biləcəyimiz şeyləri zibilliyə atdığını görəndə."

"Həmişə sevgi yay. Sənə gələn adamları xoşbəxt etmədən buraxma."

“Həyatın sonunda bizi aldığımız diplomların sayına görə qiymətləndirməyəcəklər. Nə qədər pul qazandığımızla, necə böyük işlər gördüyümüzlə qiymətləndirməyəcəklər. Bizi bax, belə qiymətləndirəcəklər: “Mən ac idim, sən mənə yemək verdin, çılpaq idim, əynimə paltar verdin. Evsiz idim, məni içəri aldın.”

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG