Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 09:20

Martın 9-da Ukrayna boyu Rusiyada həbsdə olan ukraynalı pilot Nadia Savchenkoya azadlıq tələbi ilə etiraz aksiyaları keçirilib.

Polis Odessada aksiyanı dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib.

Aksiyaçılar şəhərdəki Rusiya konsulluğuna yumurta atıb, konsulluğun qapısını qırmızı rəngə boyayıb və Rusiya prezidenti Putinin müqəvvasını yandırıblar.

Həmçinin Lvovda aksiyaçılar Rusiya konsulluğunu yumurta və daşa basıb, konsulluğa yod dolu butulkalar atıblar.

Bundan başqa paytaxt Kiyev və İvano-Frankovsk da daxil olmaqla ölkənin digər şəhərlərində Savchenkoya azadlıq tələbi ilə aksiyalar keçirilib.

Savchenko 2014-cü ildə Ukraynanın şərqində saxlanıb. O, rusiyapərəst separatçılar tərəfindən saxlandığını, qanunsuz olaraq Rusiyaya aparıldığını deyir.

Savchenko iki rusiyalı jurnalistin ölümündə əli olmaqda, onların yerini deməkdə ittiham olunur.

O ittihamı rədd edir və quru aclığa başlayıb.

Martın 21-22-də hökm oxunacağı gözlənilir.

Prokuror ona 23 il həbs cəzası istəyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG