Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 12:23

Yunanıstanla Makedoniyaya sərhədinə toplaşan miqrantlar martın 9-da etiraz aksiyası keçiriblər.

Buna səbəb Makedoniya hökumətinin sərhədin bağlanmasını elan etməsi olub.

Əllərində Almaniya bayraqları tutan qaçqınlar “Merkel ana”,”Sərhədləri açın” kimi şüarlar səsləndiriblər.

İraqdan olan kürd qaçqın deyir ki, onlar Almaniya, İsveç və Hollandiyaya getmək istəyirlər.

Serbiya, Xorvatiya və Sloveniya sərhədlərində məhdudiyyətlər tətbiq etdikdən sonra Makedoniya öz sərhədlərini tam bağlayıb.

Buna görə Yunanıstanla Makedoniya sərhədinə minlərlə qaçqın yığışıb.

Qeyd edək ki, bunlar bu günlərdə Avropa Birliyi ilə Türkiyə arasında əldə edilmiş razılaşma fonunda baş verir.

İlkin razılaşmaya əsasən Türkiyə Avropa Birliyi ölkələrindən sığınacaq ala bilməyən qaçqınları geri qəbul etməlidir.

Hazırda Türkiyənin özündə azı 2 milyon 700 min qaçqın var.

Onların əksəriyyəti Suriya və İraqdandır.

Günün bütün mövzuları

XS
SM
MD
LG