Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 20:46

-

Yanvar-fevral aylarında Azərbaycan ərazisindən keçən Türkiyə yük avtomobillərinin sayında ciddi artım müşahidə olunub. Ölkədən keçən Türkiyə yük avtomobillərinin sayı azı 1500 vahid artıb. Bu göstərici 2015-ci ilin analoji dövrü ilə müqayisədə azə 7 dəfə çoxdur.

Turanin xəbərin görə, bu bilgiləri iqtisadiyyat nazirinin müavini Sahil Babayev verib.

Nazir müavininin deməsinə görə, artıma tranzit xərclərinin azaldılması da ciddi təsir edib :

“Ötən il Azərbaycandan tranzit yol kimi istifadə nəticəsində Türkiyədən Mərkəzi Asiyaya müxtəlif yük avtomobillərinə tətbiq edilən rejim yüngülləşdirilib, çəkilən xərclər 40 faiz azalıb” - deyə nazir müavini bildirib.

Sahil Babayev həmçinin tranzit daşımaları ilə bağlı qaydaların dəyişəcəyini deyib.

“Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurası "Tranzit yükdaşıma xidmətləri ilə bağlı tariflərin və həmin tariflər üzrə güzəştlərin müəyyən edilməsi üzrə Qaydalar"ın layihəsini hazırlayıb və hökumətə təqdim edib. Daşımalar üzrə vahid prinsip və şərtləri müəyyənləşdirən bu qaydalar dəhliz boyu şəffaflığı və əlverişli imkanları təmin edəcək” - deyə S.Babayev bildirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG