Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 02:17

“Təəssüflər olsun ki, Avropadakı bəzi geri göndərmə mərkəzləri biabırçı haldadır, bu belə olmamalıdır. Bu bizə yaraşmaz. Biz qaçqınları necə qəbul edib-necə geri göndərəcəyik.”

Bunu Türkiyənin xarici işlər naziri Mevlut Cavusoglu martın 9-da belçikalı həmkarı Didye Reynderslə Ankarada keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, biz BMT-nin qaçqınlar üzrə ali komissarlığı ilə əməkdaşlıq etmək və bu işdə insan haqlarına əməl edilməsini istəyirik.

Nazir qeyd edib ki, biz insanları güclə terror və müharibə olan yerlərə göndərə bilmərik.

Qeyd edək kiI, bu günlərdə Brüsseldə Avropa Birliyi ilə Türkiyə arasında əldə olunan ilkin razılaşmaya görə Türkiyə, Avropa Birliyindən sığınacaq ala bilməyən qaçqınları geri qəbul etməlidir.

Bunun əvəzində isə Türkiyəyə əlavə maliyyə vəsaiti verilməsi, onun AB-nə üzvlük prosesi və vizasız rejimin tezləşdirilməsi nəzərdə tutulur.

Hazırda Türkiyədə azı 2 milyon 700 min qaçqın var.

Onların əksəriyyəti Suriya və İraqdandır.

Günün bütün mövzuları

XS
SM
MD
LG