Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 05:16

Avropa Birliyi martın 9-da 146 Rusiya vətəndaşı və 37 təşkilata qarşı sanksiyaları daha 6 ay uzadıb.

Söhbət bank hesabları və viza qadağasından gedir.

Sanksiyalarda Putinin müşaviri Sergei Ragozin və Kremlin əsas təbliğatçısı hesab olunan Dimitry Kiselyov kimi şəxslərin adları var.

Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş rəhbəri Igor Sergun da daxil olmaqla son vaxtlar vəfat edən 3 nəfərin adı isə siyahıdan çıxarılıb.

Qeyd edək ki, Sergun ilin əvvəllərində qəflətən vəfat edib.

Qərar həftənin sonunda qüvvəyə minəcək.

Martın 2-də ABŞ-da Rusiyaya qarşı sanksiyaları 6 ay uzadıb.

Bu sanksiyalar əsasən energetika və bank sektorlarına daxildir.

Qeyd edək ki, ABŞ və Avropa Birliyi 2014-cü ildə Krımın ilhaqı və Ukraynanın şərqindəki münaqişəyə görə Rusiyaya qarşı bir sıra sanksiyalar tətbiq ediblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG