Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 18:25

-

Zərdab rayonunda müəllimin intihar etdiyi bildirilir.

APA-nın xəbərinə görə bu gün gündüz saatlarında rayonun Məlikli kəndində 53 yaşlı Yaşar Həsənov yaşadığı evdə özünü asıb.

Mərhum qonşu Sarıqaya kəndində rus dili müəllimi işləyirmiş. O, səhhətində yaranmış psixi problemlə bağlı bir neçə il əvvəl məktəbdən uzaqlaşdırılıbmış.

İntihar faktının səbəbləri araşdırılır.

Ölkə mətbuatı hər gün intiharlarla bağlı xəbərlər yayır. Elə bu gün səhər 40-45 yaşlı bir naməlum kişinin Prezident Administrasiyasının yaxınlığındakı Filarmoniya bağında özünü yandırdığı bildirilir.

Azərbaycanda intiharlarla bağlı rəsmi statistika aparımır.

Günün bütün mövzuları

XS
SM
MD
LG