Keçid linkləri

logo-print
2016, 02 Dekabr, Cümə, Bakı vaxtı 22:13

-

Müdafiə naziri Zakir Həsənov Bakıda səfərdə olan NATO generalı Mirko Zulianinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Müdafiə Nazirliyinin xəbərinə görə, Z.Həsənov regiondakı hərbi-siyasi vəziyyət barədə danışaraq Ermənistanın bölgədə sülhə, sabitliyə və təhlükəsizliyə ciddi təhdid olduğunu vurğulayıb. Azərbaycanın NATO-nun tərəfdaşı olduğunu qeyd edən nazir əlavə edib ki, alyansın Cənubi Qafqazda təhlükəsizliyə dair tutduğu prinsipial mövqey regional sülh və sabitlik üçün mühüm əhəmiyyət kəsb edir.

General M. Zuliani də NATO-Azərbaycan əlaqələrini yüksək qiymətləndirib. O, Əfqanıstandakı əməliyyatlar çərçivəsində Azərbaycan sülhməramlılarının beynəlxalq təhlükəsizliyə verdiyi töhfəyə, uğurlu əməkdaşlığa görə minnətdarlığını bildirib.

Görüşdə Azərbaycan-NATO əməkdaşlığı məsələləri müzakirə olunub.

Günün bütün mövzuları

XS
SM
MD
LG