Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 02:17

Avropanın 47 ölkəsini birləşdirən Avropa Şurası həbsxana statistikasını açıqlayıb. Avropada hər 100 min nəfər əhaliyə 124 məhbus düşür.

Statistika 2014-cü il sentyabrın 1-nə olan vəziyyətə əsaslanır. O vaxt Azərbaycanda 22579 dustaq olub. Bu da əhalinin hər 100 min nəfərinə 238 dustaq düşdüyünü göstərir. Türkiyədə bu göstərici 197, Rusiyada isə Avropadakından dəfələrlə yüksək - 467-dir. Gürcüstanda 227, Ermənistanda isə Avropa səviyyəsindədir- 131-dir.

Avropada 1 milyon 600 min adam həbsxanadadır.

Avropa ölkələrinin bir çoxunda həbsxanalarda tünlük problemi var. Macarıstanda hər 100 dustaq yerinə 142 dustaq düşür. İspaniya, Fransa kimi ölkələrdə dustaqların sayı həbsxanalardakı yerlərdən çoxdur.

Azərbaycanda isə bu problem yoxdur - 100 dustaq yerinə 88 dustaq düşür. Ermənistanda bu 90, Gürcüstanda 47-dir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG