Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 00:33

-

2015-ci ildə Gəncə şəhərində sənaye müəssisələrində çalışan işçilərin sayı 1279 nəfər azalıb.

Bu barədə xəbər Turan İnformasiya Agentliyi Gəncə Şəhər İcra Hakimiyyətinin hesabatına istinadən yayıb.

Xəbərdə qeyd edilir ki, şəhərin sənaye sektorunda ümumilikdə 4875 nəfər çalışır. 330 minə yaxın əhalisi olan şəhərdə təkcə ötən il sənaye sahəsində çalışanların sayı 20 faizdən çox azalıb.

Son on ildə Gəncənin sənaye müəssisələrində 6350 nəfər işdən çıxarılıb.

Hökumət rəsmilərinin bildirdiyinə görə, 2004-2015-ci illərdə bütünlükdə ölkədə 1,5 milyon iş yeri açılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG