Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 14:43

-

Azərbaycanda Buktreyler Festivalı keçiriləcək.

Bu təşəbbüs fevralın 19-da Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Sumqayıt şəhər, Abşeron, Xızı, Qubadlı, Şuşa və Zəngilan rayonlarından olan vətəndaşları qəbul edərkən səsləndirilib.

İlk Buktreyler Festivalının keçirilməsi təşəbbüsünü kinoaktyor Ruslan Sabirli ölkədə kitaba marağın təbliğ olunması və mütaliənin təşviqi məqsədilə irəli sürüb.

Təşəbbüs nazirin marağına səbəb olub və bu məqsədlə Mədəniyyət və Turizm Nazirliyində kinoaktyor Ruslan Sabirlinin və nazirliyin məsul şəxslərinin iştirakı ilə müşavirə keçirib.

Müşavirədə Festivalın münsiflər heyətinin tərkibinin seçilməsi, işlərin son qəbul tarixi, festivalın keçirilmə yeri, qaliblərin mükafatlandırılması və s. kimi mühüm məsələlər müzakirə olunub.

İşlərin qəbul tarixinin 10 aprel 2016-cı ilədək uzadılması, eləcə də 1, 2 və 3-cü yer qaliblərinə müvafiq olaraq 1000, 800 və 500 manat pul mükafatının təyin edilməsi barədə qərar qəbul edilib.

Buktreyler – kitabın məzmununu vizuallaşdıraraq oxucular arasında təbliğinə istiqamətlənmiş, onun ən parlaq və önəmli anlarını özündə əks etdirən video çarx və ya kitabın məzmunundan bəhs edən qısametrajlı filmdir.

Buktreyler ədəbiyyat, kino, reklam və internet texnologiyalarını özündə cəmləşdirən yeni incəsənət növüdür.

Günün bütün mövzuları

XS
SM
MD
LG