Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 18:08

-

Hökumətin dövlət zəmanəti ilə aldığı kreditlərin məbləği 10 milyard dolları ötüb.

Turan-ın xəbərinə görə, təkcə 2015-ci ildə dövlət zəmanəti ilə beynəlxalq və kommersiya təşkilatlarından alınan kreditlərin məbləği 741 milyon dollardan çox olub.

Çexiyanın Societe Generale qrupundan 458, Yaponiyanın Sumitomo Mitsui Banking Corporation korporasiyasından 132, SocieteGenerale ofisindənsə 85 milyon avro ekvivalentinə bərabər kredit götürülüb.

2014-cü illə müqayisədə götürülən kreditlərin məbləği azalıb.

Azərbaycan hökuməti son 11 il ərzində 10 milyard 327 milyon dollar ekvivalentinə bərabər kredit alıb. Həmin kreditlərin 7 milyarddan çoxu istifadə edilib.

Ötən həftə isə Macarıstan “Eximbank”nın Azərbaycandakı iş adamlarına 200 milyon dollar keredit verdiyi açıqlanmışdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG