Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 10:15

-

Bu il Bakıda keçiriləcək Formula-1 avtomobil yarışlarında biletlərinin satışından gəlir 4 milyon manata yaxın olacaq.

Turan-ın xəbərinə görə, bunu gənclər və idman naziri Azad Rəhimov deyib.

Nazir xatırladıb ki, satışa 30 min bilet təqdim edilib. On-line satış hələ fevralın 19-da başlayıb. Martdan etibarən biletlər kassalarda da satılır.

Nazir bilet satışına məhdudiyyətin olmadığını bildirib:

“Həm Azərbaycan vətəndaşları, həm də xarici ölkə vətəndaşları istənilən sayda bilet ala bilərlər” - deyə nazir əlavə edib.

Biletlərin qiymətləri 19-472 dollar arasında dəyişir. Azərbaycan vətəndaşları üçün 20-40 faiz endirimlər müəyyən edilib.

Formula-1 yarışları Bakıda iyunun 19-u saat 18-də başlayacaq .

Günün bütün mövzuları

XS
SM
MD
LG