Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 22:57

-

2016-cı ildə Azərbaycanda neft hasilatı sutkada 0.81 milyon barrel olacaq.

ABŞ-ın Energetika Nazirliyinin Enerji İnformasiyası üzrə İdarəsinin mart ayı üzrə hesabatında belə deyilir.

APA xəbər verir ki, Azərbaycanda 2017-ci ildə neft hasilatında azalma müşahidə olunacaq. Sutkalıq hasilat 0.8 milyon barrel səviyyəsinə düşəcək.

2015-ci ildə Azərbaycanın sutkalıq hasilatı 0.86 milyon barrelə bərabər olub.

Bu idarə 2016-cı illə bağlı əvvəlki proqnozunda Azərbaycanda neft hasilatının sutkada 0.87 milyon barrel təşkil edəcəyini bildirmişdi. 2017-ci il üçünsə sutkada 0.86 milyon barrel neft hasilatı proqnozlaşdırılırdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG