Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 06:09

-

Martın 9-da Səbail rayon Məhkəməsində ANS-in Milli Televiziya və Radio Şurasına (MTRŞ) qarşı daha səkkiz inzibatı iddiasına baxılıb. «Report»un xəbərinə görə, prosesdə ANS-in şikayətləri təmin edilməyib.

Məhkəmə MTRŞ-nın ANS-ə qarşı çıxardığı cərimə ilə bağlı qərarları qüvvədə saxlayıb. Bununla da ANS-in MTRŞ-ya qarşı qaldırdığı, lakin məhkəmənin təmin etmədiyi iddialarının sayı 26-ya çatıb.

Keçən həftə Səbail rayon Məhkəməsində ANS-in MTRŞ-ya qarşı 18 inzibatı iddiasına baxılmışdı. Həmin proseslərdə də ANS-in şikayətləri təmin edilməmişdi.

Lakin bu, iki qurum arasında sürən məhkəmə çəkişmələrinin hələ hamısı deyil.

ANS-in baş direktoru Mirşahin Ağayev Şura sədri Nuşirəvan Məhərrəmovun ötən il oktyabrın 5-i və 13-də imzaladığı inzibati tənbeh vermə haqqında qərarlarının ləğv edilməsi tələbi ilə Səbail Məhkəməsinə üz tutmuşdu. Məhkəmə şikayəti təmin etməmişdi.

Qərardan narazı qalan şirkətin baş direktoru Bakı Apellyasiya Məhkəməsinə şikayət vermişdi. 26 şikayət üzrə Səbail rayon Məhkəməsinin qərarları ləğv edilmiş və iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmışdı. Səbail rayon Məhkəməsi isə həmin işləri yenidən baxılması üçün MTRŞ-ya göndərmişdi. Ancaq MTRŞ sədri Səbail rayon Məhkəməsindən qaytarılan işə yenidən baxıb cərimə tənbeh tədbirini qüvvədə saxlamışdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG