Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 13:11

-

Martın 9-dan 13-dək Braziliyanın San Paolo şəhərində «Azərbaycan kino həftəsi» keçiriləcək.

Bu barədə «Turan»ın müxbirinə Mədəniyyət və Turizm Nazirliyinin Kinematoqrafiya sektorunun müdiri Yusif Şeyxov məlumat verib.

Bu tədbirdə portuqal dilinə tərcümə olunmuş 15-ədək sənədli və bədii filmin nümayişi gözlənilir.

Kino həftəsi çərçivəsində «Arşın mal alan», «Hər şey yaxşılığa doğru», «Nabat», «Sarı gəlin», «Çölçü», «Dolu», «Təhminə» və «Axınla aşağı» bədii filmləri nümayiş olunacaq.

Bundan başqa, tamaşaçılara «Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu» sənədli filmi də təklif ediləcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG